ReePrime
Əncirin faydaları

Hosted by Dailymotion. For legal issues report at the Copyright Center, report us on DMC, or use the Instant Removal tool.

Əncirin faydaları

A
A9 TV

9 Views • Jul 01, 2015

Description

Lif baxımından əncir digər meyvə və tərəvəzlərdən daha zəngindir. 1 ədəd quru əncirdə 2 qram lif var. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti üçün vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə kömək etdiyi və xərçəngin bəzi növlərinin yaranma riskini azaltdığı məlumdur.
ABŞ-ın Nyu-Cersi ştatındakı Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda quru əncirin tərkibindəki omeqa-3, omeqa-6 yağ turşuları və fitosterol sayəsində xolesterolun aşağı düşdüyü öyrənilmişdir. Məlumdur ki, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yaranmır, yalnız qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından böyük əhəmiyyətə malikdir. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar üçün təhlükəli olan xolesterolun qana qarışmadan bədəndən atılmasını təmin edir.

Tərkibində yağ, natrium və xolesterol olmadığı və lif baxımından da zəngin olduğu üçün