ReePrime
Turizm ve dialoq 2_2

Hosted by Dailymotion. For legal issues report at the Copyright Center, report us on DMC, or use the Instant Removal tool.

Turizm ve dialoq 2_2

Q
Qafqazlife

248 Views • Oct 03, 2012

Description

Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu konfransı
Azərbaycan Turizm İnstitutunda 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və 27 sentyabr -- Beynəlxalq Turizm günü münasibətilə "Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu" mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Turizm İnstitutunun rektoru Prof. Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb.
Cəfər Cəfərov çıxışında ATİ-nin 7 illik fəaliyyəti illərində Ali təhsil ocaqları arasında bir çox yeniliklərə imza atdığını söylədi. Professor Cəfər Cəfərov hal hazırda ATİ təhsilin bütün sahələrində 2000`dən çox gəncin turizm mövqeyində kadr hazırladığını dilə gərirdi.
Konfransda Dialoq Avrasiya Platformasının (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatci çıxışında bu dünyaya həmişə birlikdə sahib çıxmağımızı, ortaq bir qədərlə, ortaq bir gələcəyə doğru yol aldığımız bu yer kürəsi gəmisində dünyamızın problemlərinə həll yolu tapılması üçün birlikdə çalışmağımızın çox vacib olduğunu konfrans iştirakçılarına açıqladı.
Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusunda təşkil olunan konfransda Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, türizmin bugünlərə necə gəldiyini, gələcəkdə de necə inkişaf edəcəyini ve bizim də günü gündən böyüyən turizmdə ölkəmiz adına nələri edə biləcəyimizi illərə görə rəqəmsəl göstəricilərlə konfrans iştirakçılarına ve universitet tələbələrinə məruzə etdi.
Konfransda "Çağ Öğrətim İşlətmələri" şirkətinin İdarə heyətinin sədri Dr. Enver Özeren təhsilin turizimdə önəmindən bəhs etdi. O, xaricdə və ölkəmizdə təşkil olunan beynəlxalq olimpiadalarda dinindən, dilindən, irqindən, milliyətindən, rəngindən asılı olmayaraq şagirdlərin əslində təhsil yolu ilə başqa mədəniyyətləri bir arada birləşdirdiyini söylədi.
Daha sonra Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusuna həsr olunan konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin mü